Burkina-Fasoda ümumi səfərbərlik elan edildi

14-04-2023, 09:50           
Burkina-Fasoda ümumi səfərbərlik elan edildi
Burkina-Fasoda cihadçılarla mübarizə üçün ümumi səfərbərlik elan edilib.

Publika.az "Agence France-Presse"ə istinadla xəbər verir ki, bu qərar hökumət tərəfindən terrorçulara qarşı görüləcək bütün tədbirlər üçün hüquqi baza yaratmaq məqsədilə qəbul edilib.

Burkina-Faso Afrikanın Sahel bölgəsində yerləşir və bir neçə ildir ki, radikal cihadçıların hücumunu cilovlamağa çalışır.

Bu hücumlar nəticəsində çoxlu insan həlak olub, çoxlu bina və infrastruktur dağılıb.


Ölkə hakimiyyəti ümid edir ki, ümumi səfərbərlik onlara terrorçulara qarşı mübarizənin effektivliyini artırmağa, regionda sülh və sabitliyi bərpa etməyə kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru