Helqa Şmidt Avropa Xarici Siyasət Xidmətinin baş katibi oldu

16-06-2016, 00:48           
Helqa Şmidt Avropa Xarici Siyasət Xidmətinin baş katibi oldu
Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini, almaniyalı diplomat Helqa Şmidt sentyabrın 1-dən qurumun baş katibi vəzifəsinin icrasına başlayacaq.

«RİA Novosti» agentliyi xəbər verir ki, o bu postda fransız Alen Leruanı əvəz edəcək.

Helqa Şmidt 2011-ci ildən Avropa Xarici Siyasət Xidməti baş katibinin müavini vəzifəsində çalışıb. Bildirilir ki, bu il xanım Şmidt İranın nüvə proqramı üzrə danışıqlarda və Rusiya-Avropa İttifaqı münasibətlərinin müzakirəsində fəal iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.