İŞİD-in Suriya və İraqdan kənarda 6 silahlı birləşməsi var

22-06-2016, 00:59           
İŞİD-in Suriya və İraqdan kənarda 6 silahlı birləşməsi var
“Terrorçu İŞİD qruplaşması Suriya və İraqdan kənarda fəaliyyətdə olan 6 silahlı dəstə yaradıb”.

Bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin “İŞİD və Amerika siyasəti” adlı hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, İŞİD Afrika və Yaxın Şərqdə, eləcə də Əfqanıstanda fəaliyyətdə olan 6 silahlı birləşmə yaradıb: “İŞİD zəifləmək əvəzinə, dünyada metastaz verib. Onun təfrdarları Liviya, Misir, Nigeriya, Səudiyyə Ərəbistanı, Yəmən və Əfqanıstanda fəlaiyyət göstərir. Onun 6 qeyri-nizami ordusu üç qitədə,- hələ Avropa və ABŞ-dakı müxtəlif özəklərindən danışmırıq,- fəaliyyətini davam etdirməkdədir. Onların özəyi qeyri-adi deyil. Təlim bazası, “Hava-hava” tipli raketləri, tank-əleyhinə silahlları, yüzlərlə, bəlkə də minlərlə döyüşçüsü ilə əsaslı ordudur.”


Xatırladaq ki, ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Senatda çıxışında Suriya və İraqda 18-22 min İŞİD silahlısının olduğunu söyləmişdi. Onun sözlərinə görə, bu qruplaşmanın Liviyada 5-8 min, Nigeriyada 7 minə yaxın, Yəmən, Misir, Əfqanıstan və Pakistanda – hər birində yüzlərlə silahlısı mövcuddur. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.