İsrail hipersəs raketlərinin qarşısını almaq üçün sistem hazırlayır

15-06-2023, 11:26           
İsrail hipersəs raketlərinin qarşısını almaq üçün sistem hazırlayır
İsrail hipersəs raketlərinin qarşısını almaq üçün sistem üzərində iş apardığını açıqlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, layihə Sky Sonic adlandırılıb.

“Rafael” müdafiə şirkəti inkişafın qabaqcıl mərhələdə olduğunu və nəticələrin tezliklə geniş ictimaiyyətə təqdim ediləcəyini əmin edib.

Hələlik onun həyata keçirilməsi üçün konkret şərtlər verməkdən imtina ediblər.

Lakin müdafiə konserninin mühəndislərinin bir neçə ildir ki, təkmil sistemin yaradılması üzərində işlədiyini vurğulayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru