KİV: İspaniya NATO-nun silah alış planını bloklamaqla hədələyib

16-06-2023, 00:02           
KİV: İspaniya NATO-nun silah alış planını bloklamaqla hədələyib
İspaniya hakimiyyəti yaxın aylarda silah sistemləri, sursat və müdafiə avadanlığının alınması üçün 1 milyard avroya qədər vəsaitin istifadəsini nəzərdə tutan NATO sənaye planının təsdiqinə veto qoymaqla hədələyib.

Bu barədə “El Mundo” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Madridin narazılığı NATO müttəfiqləri ilə müdafiə sənayesi arasında keçirilən görüşdə ispan şirkətlərinin iştirak etməməsi ilə bağlıdır.

Bundan əvvəl krallığın müdafiə naziri Marqarita Robles Brüsseldə NATO ölkələrindən olan şirkətlərin nümayəndələrinin və departament rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə İspaniya şirkətlərinin təmsil olunan müəssisələrin siyahısına daxil edilməməsindən sonra iştirak etməmək qərarına gəlib.

Nəşrin yazdığına görə, NATO İspaniya hökumətinin narazılığını nəzərə almasa və krallıq şirkətlərinin bütün növbəti iclaslarda iştirakını təmin etmək üçün tədbirlər görməsə, Madrid alyansın sənaye planının təsdiqinə veto qoyacaq.

NATO çərçivəsində ilk belə tədbirdə alyansa üzv olan 18 ölkədən 25 müəssisə iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru