Kreml Makron və Şoltsun Putinlə danışmaq niyyətindən danışıb
16-06-2023, 12:04
Kremlin sözçüsü Dmitri Peskov Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə danışmaq niyyətindən danışıb.
Bu barədə “TASS" xəbər verir.
“Həm cənab Şolts, həm də cənab Makron bunu dəfələrlə bəyan ediblər və təbii ki, onlar daha çox hipotetik niyyətdən danışırlar”, - Peskov bildirib.
Ötən həftə Almaniya kansleri yaxın gələcəkdə Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.