ABŞ-də 14 yaşlı pişik işə götürüldü - FOTO

16-06-2023, 13:08           
ABŞ-də 14 yaşlı pişik işə götürüldü - FOTO
14 yaşlı pişik San-Fransisko hava limanında terapevtik heyvan komandasına qoşulub.

Aeroportun donuz “LiLu” və dovşan “Böyük Aleks” terapevtik heyvanlar qrupuna qatılan “Dyuk Ellington Morris” adlı ağ-qara pişik hava limanına gələnlərə uçuşlarla bağlı stresi aradan qaldırmağa kömək edəcək.

14 yaşlı pişik bir vaxtlar evsiz olub: xilasedicilər onu San-Fransisko küçələrindən birində ac vəziyyətdə tapıblar və heyvan sığınacağına göndəriblər. Orada 5 yaşlı qız onu görüb və valideynlərini pişiyi evə aparmağa razı salıb. Heyvan caz musiqiçisi Dyuk Ellinqtonun adını daşıyır.

Pişiyin sakit və mehriban təbiətinə heyran qalan sahibləri onu “Terapiya Heyvanı” kimi sertifikatlaşdırıblar. Bundan sonra “Dyuk” 10 il zooterapevt olaraq xidmət göstərib - şəhərdəki xəstəxanalarda pasiyentlərə baş çəkərək çətin anlarda onlara təsəlli verib.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru