Polşa sərhədçiləri Belarusdan ATƏŞƏ TUTULDU

16-06-2023, 09:51           
Polşa sərhədçiləri Belarusdan ATƏŞƏ TUTULDU
"Polşa sərhədçiləri Belarusda atəşə tutulub".

Publika.az xəbər verir ki, bu barə polkovnik Arkadiuş Tyvonyuk "RMF24" radiosunda məlumat verib.

Hadisə nəticəsində Polşa sərhəd xidmətinin avtomobilinə ziyan dəyib.

Tyvonyukun sözlərinə görə, yüksək sürətlə atılan mərmi maşının yan şüşəsini deşib. O qeyd edib ki, möcüzə nəticəsində ekipaj xəsarət almayıb. Sözügedən silahın növü məlum deyil. Tyvonyuk bunun pnevmatik olduğunu düşünür.

Polkovnik etiraf edib ki, hadisəyə görə Polşa sərhədinə yaxın miqrantlar məsuliyyət daşıya bilər. Onun sözlərinə görə, qaçqın düşərgəsindən demək olar ki, hər gün Polşa patrullarına doğru daşlar atılır.

İyunun 15-də Polşanın Belarusla sərhəddə elektron maneənin yaradılmasını başa çatdırdığı barədə məlumat yayılıb. Polşa sərhəd xidməti onu da əlavə edib ki, 3000 şlaqbaum gecə-gündüz müşahidə kameraları və termal görüntülər ilə təchiz olunub. İdarədən vurğulanıb ki, tikinti zamanı 400 km-ə yaxın aşkarlayıcı kabellərdən istifadə olunub.

Bundan əvvəl Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sados Aİ-ni ondan nümunə götürməyə və Belarusa qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru