Amerika ordu komandanı təsdiqlədi: “Biz gələnə qədər ruslar Baltik ölkələrini tutacaq...”

22-06-2016, 22:11           
Amerika ordu komandanı təsdiqlədi: “Biz gələnə qədər ruslar Baltik ölkələrini tutacaq...”
ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı NATO-nun Şərqi Avropadakı “Anakonda” hərbi təlimlərinin başa çatmasından sonra pessimist bəyanatla çıxış edib. Virtualaz.org xəbər verir ki, general Ben Hodces NATO-nun indiki şərtlərdə Baltik ölkələrini Rusiyanın hərbi müdaxiləsindən qoruya bilməyəcəyin deyib.

“Bizim gəldiyimiz nəticə budur ki, Rusiya qoşunları NATO qüvvələrindən daha tez Tallinə, Riqaya və Vilnüsə çatacaq”-general Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, “Anakonda” təlimləri göstərdi ki, NATO sürət məsələsində Rusiyaya uduzur.



“Rusiya bizim köməyə yetişməyizdən daha əvvəl Baltik ölkələrini tutacaq”-Ben Hodces bildirib. General “Rand Corporation” şirkətinin hərbi analitiklərinin Rusiyanın Baltik ölkələrini tutmaq üçün cəmi 36-60 saat vaxt lazım olacağı barədə qənaətlərini bölüşdüyünü deyib. Onun sözlərin görə, hərbi təlimlər göstərib ki, ağır hərbi texnikanı Qərbi Avropadan Şərqi Avropaya tez daşımaq mümkün deyil. Üstəlik radoəlaqə, məlumatların elektron poçtla göndərilməsi etibarlı hesab edilə bilməz. “Mən burada smartfonumla nəsə yazıram, başqa kimlərsə onu oxuyur”-general deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.