Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi

9-06-2025, 07:54           
Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
Bakıda "Lexus" sürən idmançı yolda mübahisə etdiyi qadın sürücünü təqib edərək Milli Məclisin qarşısında onu təhqir edib.

TEREF Musavat.com-a istinadən xəbər verir ki, Cabbar Quliyev (ad və soyad şərtidir) yolda idarə etdiyi "Lexus" markalı avtomobillə hərəkətdə olan zaman "Changan" markalı avtomobili idarə edən qadın sürücü onun hərəkət yoluna çıxıb.

Qadının sözlərinə görə, öz təqsirini etiraf edib üzr istəyəndə Cabbar onu təhqir edib. O da Cabbara cavab verərək yoluna davam edib. Lakin Cabbarın qəzəbi bununla soyumayıb və qadın sürücünün arxasınca gedərək Milli Məclisin qarşısında ona çatıb, avtomobili ilə yolunu kəsib və mübahisəni davam etdirib. Qadın avtomobildə qızı da olduğu üçün qorxub.

O, polisə müraciət edib. Cabbar xırda xuliqanlıqda təqsirli bilinib və 50 manat cərimə edilib. Cabbar keçmiş idmançı olduğunu, hazırda "Şüşəli bazar"da işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru