Sərkisyan Lələtəpə istiqamətinə gəldi - Yeniləndi
23-06-2016, 00:06
Ermənistan Prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa səfər etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu haqda məlumatı etibarlı mənbələr İnterfaks-a çatdırıb.
Verilən məlumata görə, sözügedən səfərin iyunun 22-də baş tutacağı gözlənilir.
Səfər çərçivəsində prezidentin qondarma respublikanın rəhbərliyi ilə görüşlər keçirəcəyi və bir neçə rayona səfər edəcəyi planlaşdırılır.
22:50
Ermənistan prezidenti Serj Sərkisyan bu gün günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.
Virtualaz.org-un verdiyi son məlumata görə, bu gün Qarabağa gələn Ermənistan prezidenti Serj Sərkisyan birbaşa cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) gəlib.
Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzakirə edib.
Xatırladaq ki, aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində də düşmənin müdafiə xəttini yararaq onu geri oturdub, stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edib.