Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İttifaqı MDB kimi amorf təşkilatı ola bilər.
Axar.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının Daşkənd sammitində çıxışı zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib. Onun sözlərinə görə, ŞƏT Avrasiya məkanında çox ciddi təşkilatdır:
“Əgər ABŞ Sakit Okean və Transatlantik regionlarında azad ticarət zonası yaratsa, biz ortada qalacağıq. Buna görə də biz Avrasiyada alternativ analogiya yaratmalıyıq”.