Dubayda Ramazan ayında spirtli içkilərin satışına icazə verildi

23-06-2016, 22:49           
Dubayda Ramazan ayında spirtli içkilərin satışına icazə verildi
Dubayda Ramazan ayında gündüz saatlarında da alkoqollu içkilərin satışına icazə verilib.

Bu barədə "The İndependent" qəzeti xəbər verir. Rəsmi bildirişdə deyilir ki, müqəddəs ay ərzində alkoqollu içkilərin satışı gün ərzində bir neçə saatla məhdudlaşdırılmayacaq.

Dubayın Turizm Departamentindən bildiriblər ki, turistlərə yüksək xidmət göstərilməsi təmin olunmalıdır, şəhərin isə dünya səviyyəli turizm istiqaməti kimi əhəmiyyəti qorunmalıdır.

Qəzet qeyd edir ki, alkoqollu içkilərin satış qaydalarının dəyişdirilməsi əlavə mənfəət əldə olunması ilə də bağlıdır. Barlarda satılan hər pivə və ya kokteyl porsiyası Əmirliyin xəzinəsinə 30 sent gəlir gətirir.

Bundan əvvəl Ramazan ayı ərzində alkoqollu içkilərin satışına yalnız hotellərdə və saat 18:00-dən sonra icazə verilirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.