Rusiya Baxmuta yeni qüvvələr cəlb etməyə çalışır – Ukrayna MN
6-07-2023, 10:44

Baxmut istiqamətində vəziyyət son dərəcə aktivdir, təşəbbüs uğrunda mübarizə davam edir.
“ Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində bildirib.
O, vurğulayıb ki, Baxmut şəhərində “düşmən əslində tələdədir”. "Çünki bir tərəfdən onlar şəhərin böyük hissəsinə nəzarət edirlər, biz isə yalnız cənub-qərb hissəsinə nəzarət edirik. Amma onlar şəhər ətrafında hərəkət edə bilmirlər, çünki Silahlı Qüvvələrimiz onlara bunu etməyə imkan vermir. Onlar isə faktiki olaraq Baxmutu tərk edə bilmirlər. Bunu edə bilməzlər, çünki bizim silahlı qüvvələrimiz buna da imkan vermir. Baxmut ətrafında, cinahlarda, xüsusilə də cənub cinahda bir qədər irəliləyirik, habelə şimal cinahda döyüşlər gedir”, - Malyar vurğulayıb.
Müdafiə nazirinin müavini qeyd edib ki, ukraynalı müdafiəçilər Baxmut ətrafında irəliləməyə başlayandan sonra düşmən ehtiyatlarını çıxarmağa məcburdur, çünki “o, öz mövqelərini o qədər də asanlıqla təslim etmək niyyətində deyil”.
Onun sözlərinə görə, Rusiya silahlı qüvvələri bir tərəfdən ehtiyat qüvvələrini cəlb etdiyi halda, digər tərəfdən də səngər-istehkam işləri gedir, çünki Baxmutu əldən verməyə qorxurlar.
UNİAN