Pentaqon İranı Fars körfəzində tankerlərə hücumda ittiham edir

6-07-2023, 08:15           
Pentaqon İranı Fars körfəzində tankerlərə hücumda ittiham edir
Pentaqon İran donanmasını Oman sahillərində beynəlxalq sularda iki neft tankerini ələ keçirməyə cəhddə təqsirləndirib.

APA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İyulun 5-də ABŞ hərbçiləri 2 dəfə İran Hərbi Dəniz Qüvvələrinin Oman sahillərində neft tankerlərini ələ keçirmək qarşısını alıb", - mətbuat xidməti bildirib.

Pentaqon bildirir ki, hər iki insident Fars körfəzindəki beynəlxalq sularda baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru