Fransa məhkəməsi yeniyetməni güllələyən polis barədə qərar verdi

6-07-2023, 17:25           
Fransa məhkəməsi yeniyetməni güllələyən polis barədə qərar verdi
Fransanın Apellyasiya Məhkəməsi yol patrulunun tələblərinə əməl etməyən yeniyetməni güllələyən polis məmurunun həbsinə dair qərarı qüvvədə saxlayıb.

Məlumata görə, videobağlantı vasitəsilə keçirilən məhkəmədə polis əməkdaşının həbsxana kamerasından azadlığa buraxılması məsələsinə baxılırdı.

Xatırladaq ki, iyunun 27-də yol polisinin əmrinə tabe olmaqdan imtina edən 17 yaşlı sürücü qətlə yetirilmişdi. Əlcəzairli yeniyetməni xidməti silahla vuran polis nəzarətə götürülmüş, hadisə bütün ölkədə iğtişaşlara səbəb olmuşdu.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru