İki qorxunc ssenari, az və daha dəqiq… – Putin “İkinci hissə”yə başlayır

26-06-2016, 11:43           

“Polşa və Baltikyanı ölkələrdə NATO-nun dörd batalyonun yerləşdirilməsi təxribat deyil. Hətta Rusiyanın özündə də anlayırlar ki, onun sərhədlərində yerləşdiriləcək dörd min əsgərdən heç bir təhlükə yoxdur”.
teref.az Publika.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın “Die Zeit” nəşrində siyasi müşahidəçi Mattias Nass yazıb.
Onun sözlərinə görə, real problemlər Krımın zəbt edilməsi və Rusiyanın Ukraynanın şərqinə təcavüzü nəticəsində Qərb və Rusiya arasında etibarın itməsindən sonra yaranıb. Siyasi müşahidəçi bildirir ki, həmin vaxtdan tərəflər arasında təhlükəsizlik məsələləri üzrə dialoq praktik olaraq tamamilə aradan qalxıb. Mattias Nass Rusiyanın özünü təcrid edilmiş və alçaldılmış hiss etdiyini qeyd edib.
“Bu atmosferdə – 8-9 iyulda Varşavada NATO-nun sammiti keçiriləcək. Sammitdə Moskva ilə bağlı qərarlar, həmçinin Rusiya sərhədlərində dörd yeni batalyonun yerləşdirilməsi barədə qərar qəbul edilə bilər. Bunu Şimali Atlantika İttifaqının genişlənməsi kimi izah edirlər”, – məqalədə deyilir.
Siyasi müşahidəçi qeyd edir ki, Rusiyanın reaksiyasının kifayət qədər sərt olacağı aydındır. Müəllif vurğulayır ki, Moskva iki mümkün ssenarini gözdən keçirilir. Bunlardan birincisi nüvə döyüş başlıqları ilə “İskəndər” operativ-taktik raket komplekslərinin Kalininqrad vilayətində yerləşdirilməsidir.
Mattiasın fikrincə, ikinci ssenari daha qorxuncdur: “Rusiya 1987-ci ildə Ronald Reyqan və Mixail Qorbaçov tərəfindən imzalanmış müqavilədən çıxa bilər. Müqavilə uçuş məsafəsi 500 kilometrdən 5000 kilometrə qədər olan raketlərə malik olmağı və sınaqlarını qadağan edir. Və hazırda bu müqavilə təhlükədədir”.
Uzun illərdir nüvə silahı haqqında müzakirələrin olmadığını deyən müəllif qeyd edir ki, indi bu müzakirələr sürətlə qayıdır.
“Yeni silah üzərində Rusiya və ABŞ-da işləyirlər. Olduqca az və daha dəqiq olacaq. Onun tətbiqi də daha çox ehtimal edilir. Əgər tərəflər razılaşmasa, yeni və daha güclü nüvə silahlanması, onunla birlikdə ikinci “soyuq müharibə” başlana bilər”, – müəllif yekunlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.