Yəməndə məscidə qumbara atılıb, 9 nəfər ölüb, 12 insan yaralanıb

9-06-2025, 00:10           
Yəməndə məscidə qumbara atılıb, 9 nəfər ölüb, 12 insan yaralanıb
Yəməndə naməlum şəxs Əl-Beyda əyalətindəki məscidlərdən birinə qumbara atıb.

"Report" "Al Hadath" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, daha 12 nəfər yaralanıb.

Məlumata görə, hadisə iyunun 7-də dindarların axşam namazı üçün toplaşdığı Karn əl-Əsəd kəndində baş verib. Agentlik bildirir ki, hücum edən şəxs psixi pozğunluqdan əziyyət çəkə bilər.

Cinayətkarın hücumdan təxminən saat yarım sonra saxlanıldığı qeyd edilir.

Atışma qurbanlarından biri 12 yaşlı uşaq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru