Kolumbiyada senatora sui-qəsd cəhdi olub

8-06-2025, 15:24           
Kolumbiyada senatora sui-qəsd cəhdi olub
Kolumbiyanın paytaxtı Boqotada senatora və prezidentliyə potensial namizəd Migel Uribe Turbaya sui-qəsd cəhdi olub.

Oxu.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, o, güllə yarası alıb.

Hadisə onun seçiciləri ilə planlaşdırılmış seçkiqabağı görüşü zamanı baş verib. Tədbirdə ilkin ehtimala görə, üç dəfə atəş səsi eşidilib. Senator ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

"El Tiempo" qəzeti yazır ki, atəş aşan şəxs 15 yaşlı yeniyetmə olub. Senatorun mühafizəçiləri tərəfindən yaralanan yeniyetmə hazırda xəstəxanadadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru