İlk "Hermes Birkin" çantası hərracda satılacaq FOTO

Bu gün, 15:08           
İlk "Hermes Birkin" çantası hərracda satılacaq  FOTO
Ceyn Birkinin özünə məxsus olan orijinal "Hermes Birkin" çantası iyulun 10-da "Sotheby's" hərracında satılacaq.

Bu barədə "The New York Times" yazır.

Çanta əvvəlcə Manhettendəki hərrac evində satışa çıxarılacaq, daha sonra Parisə daşınacaq.

Aksesuar "Paris Fashion Icons" çərçivəsində alıcılara təqdim olunacaq. "Birkin"in qiyməti potensial alıcılara özəl şəkildə açıqlanacaq.

Qeyd edək ki, müğənni və aktrisa Ceyn Birkin 1946-cı ildə Londonda anadan olub. O, rejissor Serj Qeynsburqla 1969-cu ildə "Je t'aime... moi non plus" dueti ilə hit-paradlara başçılıq edib. Birkin 2023-cü ildə vəfat edib. Məşhur "Hermes" çantaları onun adını daşıyır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.