ABŞ-də maraqlı hadisə: Balıqçı "oğurluq edən" köpəkbalığından qisas aldığı üçün həbs edildi

Bu gün, 15:34           
ABŞ-də maraqlı hadisə:
ABŞ-nin Florida ştatında köpəkbalığına bıçaqla hücum edən balıqçı həbs edilib. Onun bu hərəkətinin videosu sosial şəbəkədə yayılıb və gündəm olub.

Bu barədə "New York Post" nəşri məlumat verib.

Məlumata görə, mayın 22-də köpəkbalığına bir neçə bıçaq zərbəsi vuran 26 yaşlı Zeyn Qarret adlı şəxs heyvanlara qarşı qəddar davranışda ittiham olunub.

ABŞ sakinlərindən biri videonu görüb və təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək, bu barədə Florida Vəhşi Təbiəti Mühafizə Komissiyasına məlumat verib.

"Bəli, bu mənəm", - deyə səlahiyyətlilər köpəkbalığı hücumunun görüntülərini ona göstərəndə Qarret etiraf edib.

Zeyn iddia edib ki, balıqçıların öz ovlarını qorumaq üçün istifadə etdikləri tipik üsulu tətbiq edib. Onun sözlərinə görə, bıçaq zərbəsi digər köpəkbalıqlarını qorxutmalı idi.

Daha sonra o etiraf edib ki, yırtıcı onun "balığını oğurlayıb və daim ona mane olub", bu səbəbdən də "intiqam aktı" olaraq köpəkbalığını bir neçə dəfə bıçaqlayıb.

Eyni zamanda, Qarret qeyd edib ki, bu heyvanı başına bir bıçaq zərbəsi vurmaqla öldürmək mümkün deyil. O, əvvəllər odlu silahla daha çox köpəkbalığı öldürdüyünü bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.