Nemtsovun rəfiqəsinin onun qətli ilə əlaqəsi olub - İDDİA

8-04-2015, 21:34           
Nemtsovun rəfiqəsinin onun qətli ilə əlaqəsi olub - İDDİA
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsova sui-qəsd zamanı onun yanında olan sevgilisi Anna Duritskaya ilə bağlı yeni iddia ortaya atılıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan istintaqçı sui-qəsd zamanı Duritskayanın üzərində 2 mobil telefonun olduğunu, ukraynalı qızın onlardan birini dərhal körpüdən atdığını deyib.

“Qətldən sonra Duritskaya dərhal köpüdə dayanmış qartəmizləyən maşımna doğru qaçır. Sürücüdən mobil telefonu vasitəsilə ilə təcili yardıma zəng etməsini xahiş edir. Bu zaman özünün şokda olduğnu bildirir. Sürücü isə həkimə zəng etdikdən sonra iş təlimatına uyğun olaraq ərzaini tərk edir”.

İstintaqçının sözlərinə görə, Nemtsovun öldürüldüyü ərazidəki müşahidə kameralarına baxış zamanı Anna Duritskayanın Moskvoretsk körpüsündə yerləşən zibil qutusuna yaxınlaşdığı və ora naməlum əşya atdığı ortaya çıxıb:

“Biz zibil qutsunu yoxladıq və orada mobil telefon tapdıq. Telefon Duritskayanın adına idi”.
Sonradan yoxlamalar zamanı telefonda siqnal ötürən çip quraşdırıldığı məlum olub:
“İstintaqın fikrincə, məhz həmin mobil telefon vasitəsilə cinayətin təşkilatçıları Duritskaya və Nemtsov cütlüyünü izləyiblər”.

Təcili yardım çağırılan telefonu isə Duritskaya hüquq-mühafizə orqanlarına təhvil verib.

Rusiya İstintaq Komitəsi isə Boris Nemtsovun qətlə yetirildiyi ərzaidə ikinci mobil telefonun aşkarlanması faktını inkar edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.