Rusiyada xəstəxanaya silahlı hücum, ölənlər var

4-07-2016, 17:49           
Rusiyada xəstəxanaya silahlı hücum, ölənlər var
Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində bir nəfər silahlı şəxs tibb mərkəzinə silahlı basqın edib. ANS PRESS-in məlumatına görə hadisə nəticəsində bir nəfər qadın həlak olub yaralılar var.

Bu gün səhər saatlarında baş verən qanlı hadisən sonra silahlı şəxs özünə başından atəş açaraq intihar edib.

Hazırda hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

Analoji hadisə Türkiyədə, Ankara Universitetinin Tibb fakultəsi nəzdində olan xəstəxanada ötən ayın 24-ü baş verib. Xəstəxanada bir şəxsin ətrafdakılara atəş açması nəticəsində 3 insan həlak olub, biri isə yaralanıb.

Türkiyə mediasının məlumatına görə, silahlı şəxs həmin xəstəxanada çalışıbmış.

Şəxsin öldürdüyü insanlar da eyni xəstəxananın işçiləri olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru