Daha bir vəhşilik:Məhəmməd Peyğəmbərin məzarını partlatmaq istədilər!FOTO

5-07-2016, 10:14           

Məhəmməd Peyğəmbərin (s.ə.s) qəbrinin olduğu Məscidi-Nəbəvi yaxınlığında şiddətli partlayış baş verib.

Strateq.az xəbər verir ki, partlayışın səbəbi və itkilər barədə hələlik heç bir məlumat açıqlanmır.

BBC-in yaydığı xəbərdə yalnız o bildirilir ki, terrorçu üzərindəki bombanı məscidin yaxınlığındakı nəzarət nöqtəsində partladıb.

Eyni vaxtda Səudiyyə Ərəbistanının Katif şəhərində də bir məscid yaxınlığında iki ayrı partlayış qeydə alınıb.

Yerli vaxtla saat 19.00-da baş verən partlayışlarda ölən və yaralıların olduğu bildirilir, amma konkret say göstərilmir.

Partlayışların bomba yüklü avtomobillə həyata keçirildiyi xəbər verilir.

Qeyd edək ki, Məscidi-Nəbəvi hicrətdən sonra Məhəmməd Peyğəmbər və yoldaşları tərəfindən inşa edilib. İslam dinində ilk məsciddir və Məhəmməd Peyğəmbərin qəbiri də onun içərisindədir.

"Nəbəvi" sözü ərəbcədə "Peyğəmbərə aid" deməkdir. "Məscid-i Nəbəvi" söz birləşməsi isə "Peyğəmbərin məscidi" mənasına gəlir. Məkkədəki Məscidi-Haramdan sonra müsəlmanların ikinci ən müqəddəs səcdəgahı hesab olunur.

Xəlifələrdən Əbu Bəkir və Ömər bin Xəttabın qəbirləri də buradadır.

Vəhhabi düşüncəsində qəbirlərin qorunması bütpərəstlik sayıldığından, Səudiyyə krallığı dəfələrlə bu məzarları sökmək istəyib. Fəqət ictimai narazılıqdan çəkinərək, bu fikirlərdən daşınıb. Krallığın ilk belə təşəbbüsünün qarşısı Mustafa Kamal Atatürk tərəfindən alınıb. Məzarın söküləcəyini eşidən Atatürkün krallığa məktub yazaraq, bunları bildirdiyi deyilir: "Əgər məzara toxunsanız, ordumu yanıma alıb aşağı enərəm!".

Bu təhdiddən sonra krallıq təşəbbüsündən geri çəkilib. Bununla belə, indi də məscidin sökülməsi tez-tez gündəmə gətirilirdi.
Daha bir vəhşilik:Məhəmməd Peyğəmbərin məzarını partlatmaq istədilər!FOTO
İlkin məlumata görə, partlamada terrorçuyla bərabər, daha 2 nəfər həyatını itirib. Terror hadisəsinin axşam azanından dərhal sonra baş verməsi ölü sayının xeyli artacağı ehtimalına yol açır.

***
Son informasiyaya görə, Səudiyyə Ərəbistanı DİN-i Mədinə şəhərində baş verən partlayış nəticəsində 4 təhlükəsizlik xidməti əməkdaşının öldüyünü, 5-nin isə yaralandığını təsdiqləyib…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.