ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Aİ-nin Böyük İyirmilər sammitində dəmir yolu və liman sazişi təqdim edəcəkləri gözlənilir

10-09-2023, 10:04           
ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Aİ-nin Böyük İyirmilər sammitində dəmir yolu və liman sazişi təqdim edəcəkləri gözlənilir
Ağ Ev rəsmisi bildirib ki, şənbə günü Yeni Dehlidə keçirilən Böyük İyirmilərin (G20) sammiti çərçivəsində Yaxən Şərq ilə Cənubi Asiyanı birləşdirən çoxmillətli dəmir yolu və liman müqaviləsi elan ediləcək..

Bu saziş ABŞ Prezidenti Co Bayden Çinin qlobal infrastruktura Kəmər və Yol təşəbbüsünü tətbiq etməsinə qarşı çıxmaq üçün Vaşinqtonu Böyük İyirmilər qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və investor kimi təqdim etməyə çalışdığı bir vaxta təsadüf edir.

ABŞ-ın milli təhlükəsizlik müşavirinin müavini Con Fayner blokun Yeni Dehlidə keçirilən illik sammitində müxbirlərə deyib ki, bu razılıq regiondakı aşağı və orta gəlirli ölkələr üçün faydalı olacaq və Yaxın Şərqin qlobal ticarətdə kritik rol oynamasına imkan yaradacaq.

ABŞ rəsmiləri deyib ki, onun məqsədi Yaxın Şərq ölkələrini dəmir yolu vasitəsilə birləşdirərək, onlarla Hindistan arasında liman vasitəsilə əlaqə yaratmaq və bununla da daşıma vaxtını, xərcləri və yanacaqdan istifadəni azaltmaqla İran körfəzində Avropadaya enerji və ticafrət axınına yardım etməkdir.

Fayner deyib ki, razılıq üzrə anlaşma memorandumu Avropa İttifaqı, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və digər G20 tərəfdaşları tərəfindən imzalanacaq.

“Biz düşünürük ki, bu əsas reginları birləşdirmək böyük bir fürsətdir,” Fayner deyib. Razılıqla bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Bu addım ABŞ-ın Yaxın Şərqdə Səudiyyə Ərəbistanının İsraili tanımasına gətirib çıxaracaq daha geniş diplomatik razılaşma əldə etmək səyləri fonunda atılıb.

Fayner əlavə edib ki, ABŞ-ın nöqteyi-nəzərindən razılıq “region boyu temperaturu aşağı salmağa” və "bizim gördüyümüz yerlərdə münaqişəni həll etməyə" kömək edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru