ABŞ Rumıniyada “F-16” qırıcılarını yerləşdirəcək

10-09-2023, 12:58           
ABŞ Rumıniyada “F-16” qırıcılarını yerləşdirəcək
ABŞ hava məkanının təhlükəsizliyini təmin etmək üçün Rumıniya ərazisində bir neçə “F-16” döyüş təyyarəsi yerləşdirməyə qərar verib.

Verilən məlumatlara əsasən Rumıniyada tapılan pilotsuz uçuş aparatının (PUA) qalıqları ilə bağlı insident bu ölkənin xarici işlər naziri Luminitsa Odobesku ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı müzakirə olunub.

“Onlar həmçinin hava məkanının təhlükəsizliyini qorumaq üçün ikitərəfli əməkdaşlığın gücləndirilməsi vasitələrini müzakirə ediblər, bu kontekstdə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” təyyarələrinin Rumıniya ərazisinə yerləşdirilməsi qeyd edilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Rumıniya diplomatiyasının rəhbəri ABŞ-nin dəstəyini alqışlayıb və NATO-nun Qara dənizdə və regionda baş verən hadisələrə qarşı ayıq-sayıqlığının vacibliyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 6-da Rumıniyada Ukrayna ilə sərhədə yaxın ərazidə pilotsuz təyyarənin hissələri aşkar edilib. Pilotsuz təyyarənin bir neçə hissəsi Tulça bölgəsinin Plauru yaşayış məntəqəsinin yaxınlığında tapılıb.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru