İlon Mask Kaliforniya ştatını məhkəməyə verib

10-09-2023, 12:18           
İlon Mask Kaliforniya ştatını məhkəməyə verib
İş adamı İlon Maskın “X” sosial şəbəkəsi (keçmiş “Twitter”) ştatın sosial şəbəkələr üçün yeni şəffaflıq tələbləri müəyyən edən və onlardan dezinformasiya, təqib, nifrət hissi yaratma və ekstremizmlə mübarizə üzrə siyasətlərini dərc etməyi tələb edən qanununa görə Kaliforniya ştatını məhkəməyə verib.

“X” öz iddiasında bildirir ki, qanun ABŞ Konstitusiyasının birinci düzəlişində (1789-cu ildə qəbul edilib və həmçinin din, mətbuat və toplaşmaq azadlığını təmin edir) nəzərdə tutulan söz azadlığı hüququnu pozur.

Şikayətdə qeyd edilir ki, qanunun “əsl məqsədi” sosial şəbəkələrə sahiblik edən şirkətlərə yerli hakimiyyət orqanları tərəfindən uyğunsuz hesab edilən məzmunu silmək üçün təzyiq göstərməkdir. Məhkəmə iddiasında deyilir ki, bununla Kaliforniya bu şirkətləri siyasət məsələlərində ştatın fikirlərinə əsasən hərəkət etməyə məcbur edir.
Mənbə: Bloomberg












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru