Roma Papası öz xütbəsində İsraildə baş verən hadisələri dəyərləndirib

9-10-2023, 12:34           
Roma Papası öz xütbəsində İsraildə baş verən hadisələri dəyərləndirib
Roma Papası Fransisk İsrail və Fələstində zorakılığa və müharibəyə son qoymağa çağırıb.

O, bu barədə bazar günü Vatikanın Müqəddəs Pyotr meydanında etdiyi xütbədə bildirib.

Pontifik Yaxın Şərqdə vəziyyətin pisləşməsini narahatlıq və qəlb ağrısı ilə izlədiyini bildirib, zorakılığın yeni dövrünü pisləyib.

Terror və müharibə yalnız əzab-əziyyətə səbəb olur, bu məğlubiyyətdir, deyə o qeyd edib, dəhşət və həyacan anları yaşayan insanlara öz mənəvi dəstəyini bildirib.
Roma Papası hazırda terror və qorxu içində olan hər bir kəs üçün, həmçinin İsrail ilə Fələstin arasında sülh əldə olunması naminə dua etdiyini bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru