Rusiyaya səfər edən yapon deputat partiyadan çıxarıldı

10-10-2023, 18:31           
Rusiyaya səfər edən yapon deputat partiyadan çıxarıldı
Yaponiyada müxalifətçi deputat Rusiyaya səfər etdiyi üçün partiyadan xaric edilib.

Yaponiyanın sağçı müxalifət partiyası olan "Yaponiya Yeniləmə Partiyası"nın deputatı Muneo Suzuki Rusiyaya səfərindən sonra partiyadan çıxarılıb.

Rusiyanın TASS agentliyi isə partiyanın baş katibi Fumitake Fujitaya istinadən yazıb ki, Suzuki "partiya üçün yaranan narahatlığa görə üzr istəyib və partiyadan çıxmaq istədiyini" deyib.

Oktyabrın əvvəlində Suzuki Rusiyaya səfər edib və ölkə rəhbərliyinin nümayəndələri ilə görüşüb. Partiya və Yaponiya hökuməti deputatın bu səfərlə bağlı onlara heç bir məlumat vermədiyini bildirib. Rusiya mətbuatı Suzukinin səfərini və onun Rusiya rəsmiləri, o cümlədən Rusiya Federasiyası xarici işlər nazirinin müavinləri Andrey Rudenko və Mixail Qazuzin və Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçevlə görüşlərini ətraflı işıqlandırıb.

Səfər zamanı Suzuki digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Moskvanın qələbəsi ilə başa çatacağına əminliyini ifadə edib. Yaponiya da digər G7 ölkələri kimi Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru