Gürcüstanda nazirliyin həyətində atışma: - Yaralılar var

18-07-2016, 16:31           
Gürcüstanda nazirliyin həyətində atışma: - Yaralılar var
Hazırda hadisə yerində polis əməkdaşları işləyir.
Bu gün Gürcüstanın Ədliyyə Nazirliyinin Cəzaların İcrası Milli Bürosunun həyətində atışma baş verib.

ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin milli bürosu məlumat yayıb.

Büronun mətbuat xidməti bildirib ki, münaqişə iki nəfər arasında baş verib və onlar odlu silahdan bir-birinə atəş açıblar. Nazirliyin məlumatına görə, hər ikisi xəstəxanaya yerləşdirilib.

Mətbuat xidmətindən onu da bildiriblər ki, hadisənin milli büro ilə heç bir aidiyyatı yoxdur, bu iki şəxs arasında baş verən münaqişədir.

Hazırda hadisə yerində polis əməkdaşları işləyir.

Onu da əlavə edək ki, bu hadisə son günlər regionda 4-cü ölkədə baş verən və ciddi narahatlıq doğuran hadisədir. Bundan əvvəl isə Türkiyədə, ötən gün Ermənistanda, bu gün isə Qazaxıstanda silahlı insidentlər baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru