Çinin səssiz nüvə qayıqları - ABŞ-ın dənizdə hökmranlığna son qoyuldu

20-11-2023, 19:25           
Çinin səssiz nüvə qayıqları - ABŞ-ın dənizdə hökmranlığna son qoyuldu[center][/center]
"ABŞ əvvəllər səs-küy səbəbindən asanlıqla aşkar edilən Çin sualtı qayıqlarından narahat deyildi. Amerikalıların sualtı qayıqları isə çox səssiz və Çin ordusu üçün görünməz idilər. İndisə vəziyyət dəyişməyə başlayıb".

Bakupost.az xəbər verir ki, bunu Wall Street Journal ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş zabitlərinə istinadən bildirib.

Nəşrin məlumatına görə, 2023-cü ilin əvvəlində Çin nasos-reaktiv qurğulu nüvə sualtı qayığını işə salıb. Materialda vurğulanır ki, Çinin sualtı donanmasının arsenalındakı qayıqlar ABŞ-da ən yeni qayıqlarda istifadə edilən səs-küyün azaldılması texnologiyasına malikdir.

Bununla əlaqədar olaraq, amerikalı dəniz zabitləri hesab edirlər ki, ABŞ-ın yeni nəsil Çin sualtı qayıqlarını aşkar etmək və izləmək üçün yeni strategiyalara ehtiyacı var.

Keçmiş dəniz zabiti Kristofer Karlson jurnalistlərə bildirib ki, görünür, Çinin yeni sualtı qayıqları Rusiyanın "Şuka-B" sualtı qayıqları kimi sakit olacaq. O, belə bir qayığın aşkar edilməsinin çox çətin olacağı, bunun isə ABŞ və onun Sakit okeandakı müttəfiqləri üçün nəticələrinin çox ciddi ola biləcəyi barədə xəbərdarlıq edib.

Nəşr belə qənaətə gəlir ki, ABŞ-ın Çin ətrafındakı dənizlərdə danılmaz hökmranlığı dövrü başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru