HƏMAS və İsrail atəşkəsə yaxındır - Haniyə

21-11-2023, 11:35           
HƏMAS və İsrail atəşkəsə yaxındır - Haniyə
HƏMAS və İsrail Qəzza zolağında atəşkəsə dair razılığa gəlməyə yaxındır.

Yeisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.

Onun bəyanatında HƏMAS-ın Qətərə və digər vasitəçilərə etibar etdiyi qeyd olunub, lakin təfərrüatlı məlumat verilməyib.

Bundan əvvəl “The Washington Post” İsrail, ABŞ və HƏMAS-ın hərbi əməliyyatlarda 5 günlük fasilə müqabilində Qəzzada saxlanılan bəzi girovların azad edilməsinə imkan yaradan saziş bağlamağa yaxın olduğunu yazmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru