Klintonun vitse-prezident postuna yeni namizədinin adı açıqlanıb

22-07-2016, 10:29           
Klintonun vitse-prezident postuna yeni namizədinin adı açıqlanıb
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klintonun vitse-prezident postuna Tim Keynin namizədliyini irəli sürəcəyi gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə “Assoşieyted Press” Demokratlar Partiyasındakı mənbəyə istinadən xəbər yayıb.

Tim Keyn siyasi karyerası dövründə Riçmond şəhərinin meri və Virciniya ştatının qubernatoru vəzifələrində çalışıb.

Son hələlik qəbul olunmayıb. Digər namizədlər arasında ABŞ kənd təsərrüfatı naziri Tom Vilsek in və NATO qüvvələrinin Avropadakı qüvvələrinin sabiq komandanı admiral Ceyms Stavridisin adı çəkilir.

Hillari Klintonun vitse-prezident postuna namizədinin adının bu gün açıqlanacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru