İsraildən 80 ölkəyə səyahətlə bağlı vətəndaşlarına XƏBƏRDARLIQ

5-12-2023, 16:08           
İsraildən 80 ölkəyə səyahətlə bağlı vətəndaşlarına XƏBƏRDARLIQ
İsrailin Milli Təhlükəsizlik Şurası Qəzza zolağında gedən müharibə fonunda Rusiya da daxil olmaqla öz vətəndaşları üçün 80 xarici ölkəyə səfərlə bağlı təhlükə səviyyəsini artırıb.

Qurum xəbərdarlıq edib ki, İran və onun Fələstindəki HƏMAS hərəkatı, eləcə də “qlobal cihad elementləri” kimi “etibarlı” əlaltıları bütün dünyada yəhudi hədəflərinə hücum səylərini artırıblar.

Sənəddə bildirilib ki, Qərbi Avropanın bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya, Cənubi Amerika (Braziliya və Argentina da daxil olmaqla), həmçinin Avstraliya və Rusiya üçün təhlükə səviyyəsi ikinci səviyyəyə qaldırılıb və yüksək dərəcədə diqqətli olmaq tövsiyə olunub.

Afrika (Cənubi Afrika və Eritreya daxil olmaqla) və Mərkəzi Asiya (Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan daxil olmaqla) ölkələri üçün təhlükə səviyyəsi üçüncü səviyyəyə qaldırılıb. Bu ölkələrə qeyri-vacib səbəblərdən səfərlər zamanı planları yenidən gözdən keçirmək tövsiyə edilib.
Müəyyən bir ölkənin dərhal tərk edilməsinin zəruri olduğu dördüncü təhlükə səviyyəsi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istisna olmaqla, Yaxın və Orta Şərqin və Şimali Afrikanın bütün ölkələrinə şamil edilib.

“Biz konkret deyə bilmərik ki, getməyin. Biz deyə bilərik ki, israillilər getmək istədikləri yerləri yaxşı ölçüb-biçsinlər”, - deyə İsrail Milli Təhlükəsizlik Şurasının nümayəndəsi qeyd edib.

Mənbə: “The Jerusalem Post”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru