ABŞ-dan Ermənistana sanksiyalar

6-12-2023, 12:04           
ABŞ-dan Ermənistana sanksiyalar
ABŞ Ticarət Nazirliyi Ermənistandan olan üç hüquqi və fiziki şəxsə məhdudiyyət tətbiq edib.
Bu barədə məlumat ABŞ Federal Reyestrinin saytında dərc olunub.
Məlumata əsasən, fiziki şəxslər Aram Koçaryan və Ermine Koçaryana, həmçinin “Arm-Bekar” MMC şirkətinə qarşı sanksiyalar tətbiq olunub.
Bildirilir ki, sanksiyalara “ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd olan fəaliyyətlərdə iştirak etmək və ya onlara yardım etmək” səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru