Rusiyanın bəzi bölgələrində havanın temperaturu -57 dərəcəyə enib - FOTO/VİDEO

6-12-2023, 15:14           
Rusiyanın bəzi bölgələrində havanın temperaturu -57 dərəcəyə enib - FOTO/VİDEO
Rusiyanın Yakutiya bölgəsində (Saxa Respublikası) havanın temperaturu rekord səviyyəyə enməkdə davam edir, dekabrın 5-də bir çox kəndlərdə termometrlər temperaturun -57 dərəcəyə endiyini göstəriblər ki, bu da Yakutiyada dekabr ayı üçün anomal soyuq hava hesab olunur.

Müvafiq məlumat Yakutiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinin “Telegram” kanalında dərc olunub.

Belə ki, Oymyakon kəndində havanın temperaturu -57 dərəcəyə, Çurapça, Itık-Kyuel, Tyoplıy Klyuç və Xabardino kəndlərində isə -52 dərəcəyə enib. Eyni zamanda, gecə saatlarında Tomponski rayonunda temperaturun - 53-58 dərəcəyə enəcəyi gözlənilir. Ümumilikdə bölgə üzrə orta temperatur -50 dərəcə civarındadır.


Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru