İtaliyadan Çinə qarşı gözlənilməz QƏRAR

7-12-2023, 09:12           
İtaliyadan Çinə qarşı gözlənilməz QƏRAR
İtaliya Çin tərəfindən irəli sürülən və tarixi İpək yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsündən çıxıb.

Modern.az xəbər verir ki, yerli medianın məlumatına görə, İtaliya hökuməti bununla bağlı Çinin Romadakı səfirliyinə rəsmi məktub göndərib. Sənəddə İtaliyanın “Bir kəmər, bir yol” təşəbbüsündə iştirakını uzatmayacağı bildirilib.

Qeyd edək ki, İtaliya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulan ilk və yeganə G7-yə üzv ölkə idi. İtaliyanın Baş naziri Ciorcia Meloni bu il sentyabrın 12-də ölkəsinin “Bir kəmər, bir yol” təşəbbüsündən çıxacağını nəzərdən keçirdiyini demişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru