ABŞ-də insanlar bir gündə 60 milyard dollar xərclədilər

8-12-2023, 10:57           
ABŞ-də insanlar bir gündə 60 milyard dollar xərclədilər
ABŞ-də rekord qıran “Qara cümə” (“Black Friday”) günündə təxminən 200 milyon amerikalı alış-veriş edib.

Bu barədə ABŞ Pərakəndə Ticarət Federasiyasından (NRF) məlumat verilib.

Məlumata görə, istehlakçıların hər biri orta hesabla 321 dollar xərcləyib, ümumilikdə xərclənən pulun məbləği isə 60 milyard dolları keçib.

NRF prezidenti Metyu Şay bildirib ki, başçılıq etdiyi qurum noyabrın əvvəlindən dekabrın sonuna kimi xərclərin 3-4 faiz artacağını proqnozlaşdırıb.
“İstehlakçılar hələ də aktivdirlər və bunun davam edəcəyini gözləyirik”, - deyə o qeyd edib.

Alış-veriş edilən ən populyar beş məhsul isə geyim (alıcıların 49 faizi), oyuncaq (31 faiz), hədiyyə kartı, kitab, video oyun və digər media və fərdi qulluq məhsulları olub.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru