Almaniyada “yeni era” “böhran rejimi” ilə əvəzləndi
9-12-2023, 15:04
Almaniyada 2023-cü ilin sözü “böhran rejimi” mənasını verən “Krisenmodus” olub.
Bu barədə Alman Dili Cəmiyyəti bəyan edib.
Təşkilat ilin sözlərinin reytinqinə dair hesabatında qeyd edir ki, cəmiyyət böhranlar, qeyri-müəyyənlik, qorxu və insanların gündəlik həyatını xarakterizə edən bir çox neqativ emosiyalarla əhatə olunub.
“Siyahı reallığı əks etdirir və reallıq hazırda olduqca acınacaqlıdır”, - deyə Alman Dili Cəmiyyətindən bildirilib. Maraqlıdır ki, Almaniyada keçən ilin əsas sözü “yeni dövrün gəlişi” kimi tərcümə olunan “Zeitenwende” idi.