Çili prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb
10-12-2023, 10:28
Çili prezidenti BMT-də təcili struktur islahatlarına çağırıb Çili prezidenti Qabriel Boric ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoymasından sonra BMT-də təcili struktur islahatlarına çağırıb.
“Report”un məlumatına görə, bu barədə Qabriel Boric “X” sosial şəbəkəsində məlumat yayıb.
“BMT-nin struktur islahatlarına təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”, - paylaşımda deyilir.
Qeyd edək ki, ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub.