İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb

11-12-2023, 11:54           
İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb
İspaniya polisi 90-dan çox ölkədə 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən birini saxlayıb.

Bu barədə İspaniyanın hüquq-mühafizə orqanlarının press-relizində qeyd olunub.

Verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Alikantedə Venesuela vətəndaşını dünyanın müxtəlif yerlərində, qurum və şirkətlərə çoxsaylı hücumlar həyata keçirən “Kelvin Security” qruplaşması ilə əlaqədə olduğuna görə saxlayıblar. Polisin bildirdiyinə görə, şübhəli cinayətkar fəaliyyətdən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxs olub.
Qeyd edək ki, istintaq 2021-ci ilin dekabrında, hüquq-mühafizə orqanlarının əməkdaşları Getafe və Kamas şəhər meriyalarının kompüter sistemlərinə kiberhücumlar edildiyi vaxt başlayıb. Qrupun qanunsuz yolla əldə etdiyi məlumatları satdığı qeyd olunur. Son üç il ərzində o, 300-dən çox kiberhücum həyata keçirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru