BƏƏ dünyanın ən zəngin insanları üçün yeni maliyyə sığınacağına çevrilib

12-12-2023, 10:03           
BƏƏ dünyanın ən zəngin insanları üçün yeni maliyyə sığınacağına çevrilib
Əbu-Dabinin biznes mərkəzində qeydiyyatdan keçmiş özəl şirkətlərin sayı 2016-cı ildən bəri 100 dəfədən çox artaraq 5 minə çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Əmirlik aktivlərin qorunması, məxfilik və aşağı vergilər zəmanəti ilə böyük sərvət sahiblərini cəlb edir. M/HQ aktivlərinin idarə edilməsi üzrə məsləhətçiliyə görə, 2010-cu illərin ortalarında zonada cəmi 46 firma olub.

“Bloomberg”in həmsöhbətləri qeyd edirlər ki, Əbu-Dabidə qeydiyyat investorlara BƏƏ-də yaşayış icazəsi almağa ümid etməyə, həmçinin yerli nüfuzlu ailələrlə əlaqələr qurmağa imkan verir.

“Regionun sabitliyi, paytaxta yaxınlığı və aktivlərin etibarlı mühafizəsi Əbu-Dabini Britaniyanın Virgin adaları və Kayman adalarına cəlbedici alternativ edir”, deyə biznes-hökumət münasibətləri üzrə ekspert Sem Blatteis bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru