Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıb

26-12-2023, 17:08           
Çində eramızdan əvvəl II minilliyə aid 28 məzar tapılıb
Çin arxeoloqları ölkənin mərkəzində Anyanq şəhərində (Henan əyaləti) Şan sülaləsi (e.ə. XVI-XI əsrlər) dövrünə aid yüksəkrütbəli aristokratların ailə üzvlərinə aid 28 məzar, habelə qulluqçu və heyvan məzarları aşkar ediblər.

Bu barədə Sinxua agentliyi Anyanq Mədəni Reliktlər və Arxeologiya İnstitutunun vitse-prezidenti Tsui Tsunqlyana istinadən məlumat yayıb.

“İlk dəfədir ki, qədim İn şəhəri xarabalıqları xaricində belə qəbirlər tapılır, - deyə Tsui Tsunqlyan bildirib. - Bu kəşf Şan sülaləsinin dəfn ənənələrini və o dövrün cəmiyyətin təşkilini öyrənmək üçün yeni məlumatlar verir”.
Şan indiki Çin Xalq Respublikasının ərazisində eramızdan əvvəl 2-ci minillikdə mövcud olmuş bir krallıqdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru