Filin atdığı daş balaca qızın həyatına son qoydu-VİDEO

28-07-2016, 22:26           
Filin atdığı daş balaca qızın həyatına son qoydu-VİDEO
Dəhşətli hadisə Mərakeşin paytaxtı Rabatın heyvanxanasında baş verib.

Musavat.com “Daily Mail” agentliyinə istinadən xəbər verir ki, filin atdığı daş valideynləri ilə birlikdə şəkil çəkdirmək istəyən yeddi yaşlı qızın həyatına son qoyub.

Məlumata görə, qızın atası onu çiyinləri üzərinə götürərək, filin fonunda şəkil çəkmək istəyib. Bu zaman fil xortumu ilə yerdən götürdüyü daşı havaya tullayıb və təsadüfən daş qızın başına düşüb. Məktəbli qızın aldığı zərbədən həyatını itirdiyi bildirilib.
[media=https://www.youtube.com/watch?v=GwMRpd97-BU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru