Ukraynanı 2024-cü ildə GÖZLƏYƏN AQİBƏT - Məşhur nəşr AÇIQLADI

3-01-2024, 11:52           
Ukraynanı 2024-cü ildə GÖZLƏYƏN AQİBƏT -
Ukrayna 2024-cü ildə çətin vəziyyətdə olacaq.

Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilib ki, Kiyevin Moskva ilə savaşı davam etdirmək imkanı risk altındadır.

“”Böhran” sözü həddən artıq işlədilir. Lakin bu söz Ukraynanın 2024-cü ilin əvvəlində nə ilə üzləşəcəyini dəqiq təsvir edir. Konqres ABŞ-nin Ukraynaya yardımının davam etdirilməsi ilə bağlı qanunvericilik məsələsini həll etmədən məzuniyyətə çıxdı. Əgər bu problemlər tezliklə həll olunmasa, Ukraynanın müharibəni davam etdirmək qabiliyyəti, iqtisadiyyatı və hökumətinin əsas funksiyaları risk altında olacaq”, - deyə materialda qeyd olunub.

Məqalədə həmçinin, Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqının Kiyevə təklif etdiyi 52 milyard dollarlıq yardım paketinə veto qoyması qərarına da işarə edilib.

Bundan əlavə, vurğulanıb ki, Ukrayna Silahlı Qüvvələri sursat çatışmazlığı ilə üzləşib: “Bu da Ukrayna ordusunu planlaşdırılmış hücumları ləğv etməyə məcbur edir və döyüş meydanında mövqelərini qoruyub saxlamağı çətinləşdirir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru