Alyaskada üçlü zirvə - Ukraynasız qərar verilə bilməz

Bu gün, 00:11           
Alyaskada üçlü zirvə - Ukraynasız qərar verilə bilməz
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Referans Telegraf.ua-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat verib.

"Əlbəttə, liderlər səviyyəsində, üçtərəfli görüşümüz olacaq, amma tarixi bilmirəm", - o, Putin və Tramp arasında Alyaskada keçiriləcək danışıqları şərh edərkən deyib .

O, Rusiya və ABŞ liderlərinin görüşünün onların ikitərəfli xətti üçün vacib ola biləcəyini, lakin Ukrayna ilə bağlı qərarın Ukraynasız qəbul olunmayacağını qeyd edib.


Zelenski ümid edir ki, Tramp Ukrayna ilə bağlı danışıqlarda iştirak etmədən mühüm qərarlar qəbul etməyin mümkün olmadığını başa düşür və anlayır.

Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada danışıqlar aparacaq. Görüşün əsas mövzusu Ukraynadakı vəziyyət olacaq./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru