Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...

Bu gün, 07:18           
Atası partiyanı Günay Ağamalıya təhvil verir? - Yaxın günlərdə...
Ana Vətən Partiyası sədr dəyişikliyinə hazırlaşır.

Bir müddət əvvəl Fəzail Ağamalı partiya sədrliyindən gedəcəyini açıqlamışdı. Ondan sonra kimin sədr olacağı isə maraq doğurur. Ən güclü namizəd onun qızı Günay Ağamalıdır. Ötən il parlament seçkilərində deputat seçilən Günay Ağamalının partiyada bənzər addımı atacağı gözlənilir.

“Cebheinfo.az”-ın partiyaya yaxın mənbələrdən əldə etdiyi məlumata əsasən, Günay Ağamalı oktyabrda keçiriləcək qurultayda əsas namizəddir. Fəzail Ağamalının namizəd olmayacağı qurultayda qızının qarşısına güclü namizədin çıxacağı proqnozlaşdırılmır.

Beləliklə, G.Ağamalı parlamentdən sonra partiyada da atasını əvəz etməyə çox yaxındır. Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçiləcəyi təqdirdə deputat olan ilk xanım partiya sədri ünvanına da sahib olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru