“Kapital Bank” güzəştləri azaltdı, komissiyanı artırdı – Bu qədər faiz tutulacaq

Bu gün, 09:32           
“Kapital Bank” güzəştləri azaltdı, komissiyanı artırdı – Bu qədər faiz tutulacaq
“Kapital Bank” ASC (Birbank) sentyabrın 11-dən etibarən köçürmə limitləri və komissiyalarla bağlı şərtlərini dəyişir. “PostMedia” xəbər verir ki, bu barədə Bankdan müştərilərinə xəbərdarlıq mesajı gedib.

Məlumatda deyilir ki, ay ərzində bütün “Birbank” kartlarınızdan ümumi şəxsi vəsait üzrə banka məxsus bankomatlardan nağdlaşdırma və digər yerli bank kartlarına köçürmə limiti 3 000 manat ekvivalenti olacaq. Bu isə həmin məbləğin 2 000 manat yaxud 40% azaldılması deməkdir.

Qeyd edək ki, bu limit çərçivəsində bankomatlardan nağdlaşdırma və ya yerli bank kartlarına köçürmə pulsuzdur.

Eyni zamanda təyin edilmiş 3 000 min manatlıq limiti keçildiyi halda, bu əməliyyatlar üçün komissiya 0,5%-dən 1%-ə artırılıb (minimum 1 AZN/USD/EUR).

Ölkədaxili digər bankomatlardan nağdlaşdırma komissiyası da dəyişir. Belə ki, əvvəl sabit 2 manat idi, indi isə 1% (minimum 2 AZN/USD/EUR) olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru