XVIII əsr jurnalında Azərbaycan adı

Bu gün, 07:14           
XVIII əsr jurnalında Azərbaycan adı
Sosial mediada ermənilər və onlara dəstək verənlər iddia edirlər ki, Azərbaycan adını Stalin yaradıb və bu ad tarixdə olmayıb. Bəlkə yüzlərlə, minlərlə fakt təqdim etmişik bu barədə. Xəritələrdən tutmuş kitablara, səyyahların əlyazmalarına qədər Azərbaycan adının olduğu faktları coğrafiyamızın adının və dövlətimizin adının birdən birə yaranmadığını sübut edir.
Bəziləri iddia edirlər ki, tarixdə Azərbaycan adı guya Cümhuriyyət dövründə istifadə edilib. Bu iddialara qarşı bizim tarixdən xəbəri olmayanlar cavab verə bilmirlər. Coğrafiyada Azərbaycan adlı dövlət olmasa belə bu dünya bu ərazini Azərbaycan kimi bilib. Bu coğrafiyada isə müxtəlif adlı dövlətlər olsa belə də hamısı Azərbaycana aid olub. Əfsuslar olsun ki, cəmiyyətimizin bəzi nümayəndələri iddia edir ki, Azərbaycan 1918-ci ildə yaranmış dövlətdir. Məhz bu adı Məhəmməd Əmin Rəsulzadə yaratmışdır. Halbuki, bu çox absurd iddiadır. Rəsulzadə bu adı coğrafiyanın adından götürüb və dövləti qurub.
M.Ə.Rəsulzadə 1928-ci ildə Türkiyədə "Türk İli” jurnalında nəşr edilmiş "Qafqasiya türkləri” əsərində belə bir bilgini də oxuculara təqdim edir: “Azərbaycan coğrafi və eyni zamanda siyasi bir istilah olaraq, Böyük İsgəndər tərəfindən təsis olunan "Yunan-Bohtər” imperatorluğuna qarşı elani-istiqlal edən Sətrap "Atropat” tərəfindən təsis olunan məmləkətə "Atropotenye” deyilmişdi”
Əlbətdə, Rəsulzadə dövründə dünya arxivlərinə və kitablarına rahat çıxış olsa idi, əminəm daha aydın yazardı ki, Azərbaycan adı tarixin bütün dövrərində coğrafiya olaraq keçir.
Məsəl üçün 14-cü əsrdə Yaponiyada hazırlanan xəritə, Avropada 15-ci əsrdə hazırlanan xəritələr, Roma imperiyası, Bizans imperiyası, Xəzər dövləti, Çində hazırlanan 9-14 əsr xəritələri və sairəni arxivlərdə görsə təsdiq edərdi ki, bura Ərzi-Adarbadkan (“Adarbadkan torpağı, ölkəsi”) adlanıb.
Yaxud Feofilakt Simokattanı oxusa əmin olardı, çünki orda müəlllif yazır ki, 590-cı ildə Xosrov atası Hörmüzdün taxtdan salındığını eşidəndə oturduğu bölgədən Adrabiqana qaçdı.
Azərbaycan adının hələ qədimdə səslənməsi barədə bir neçə dəfə yazmışam. Bu da faktlardan biri.
Sizlərə təqdim etdiyim sənəd Rusiyada 1834-cü ildə Xalq Maarif Naziri Qraf S. S. Uvarovun təşəbbüsü ilə yaradılan “Xalq Təhsili Nazirliyinin jurnalın” 1844-cü il XLIII buraxılışının 8-9-cu səhifələridir. Qeyd edim ki, bu jurnal 19-cu və 20-ci əsrin əvvəllərində Rusiyanın və Qərbin elmi həyatını, ən son elmi kəşfləri, müxtəlif ölkələrdə təhsilin vəziyyətini, pedaqogika, tarix və filologiya məsələlərini işıqlandıran aparıcı elmi-kütləvi nəşr olub.

Jurnalda səhifə 8-9-da yazılır (PDF təqdim edə bilərəm) :
“Həmədan sərhədləri Abger və Senqandan keçərək Dərbənd Xəzərinə qədər uzanır. Bu məkanda yerləşən bütün şəhərlər Azərbaycan, yollar isə Əvvab( qapı) adlanır. Azərbaycanın sonunda xəzərlərə gedən yol var. Azərbaycan şəhərlərində zolaqlı yun parçalar toxunur. Bundan əlavə, başqa bir yol və böyük Xəzər şəhəri var. Orada ticarətlə məşğul olurlar. Bu yol hamıdan ən böyüyüdür və ona görə də Qapı Qapısı adlanır”
Bu fakt bir daha sübut edir ki, Azərbaycan adı qədimdən mövcud olub. Buna aid kifayət qədər sənədimiz, xəritəmiz, əlyazma və səyyaların qeydləri var. Bu faktlar barədə yazmışam. Bir neçəsinin linkini yazıram, təkrar oxuyun.
https://news365.az/azerbaycan-adini-stalin-yaradib.../77362
https://axar.az/news/kult/860110.html
https://axar.az/news/toplum/906998.html
https://aqreqator.az/az/siyaset/4509438
Prof.Dr.Zaur Aliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru