"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib

Bu gün, 08:30           
"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

"Report" xəbər verir ki, III təsnifat mərhələsində "Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdıran (0:0, 3:0) “Ferentsvaroş” (Macarıstan) Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.

Qeyd edək ki, III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

Qurban Qurbanovun komandası "Ferentsvaroş"la ilk oyununa avqustun 19-da səfərdə çıxacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru